Kapital Bankdan güzəştli aksiya

Kapital Bankdan güzəştli aksiya
  26 İyun 2020    Oxunub:3727
Kapital Bank sahibkarlıqla məşğul olanlara, həmçinin partnyor olmaq istəyənlərə mütəmadi olaraq güzəştli aksiya və kampaniyalar təqdim edir.
Bu dəfə təqdim olunan yeni layihə Visa International şirkəti ilə birgə həyata keçirilir. Layihədə Azərbaycan və dünya üzrə bütün Visa premium kartları iştirak edir.

Şərtlərə görə, partnyorlar Visa premium kartları ilə nağdsız ödənişlər edən müştərilərə faiz endirimləri verərək, bir sıra üstünlüklərdən istifadə edə bilərlər. Belə ki, Visa Classic, Gold, Platinum, Signature və Infinite kart sahiblərinə endirim təqdim edən partnyorlar, Kapital Bank-ın endirimli komissiyalardan bəhrələnə, POS terminal və e-Commerce layihəsinə pulsuz qoşula bilərlər.

Həmçinin endirim təqdim edən şirkətlərin internet saytları olmazsa, onlara pulsuz sayt hazırlanma imkanı təqdim ediləcək. Əlavə olaraq bu layihə vasitəsi ilə partnyorlar ölkədaxili və xaricdə yeni müştərilər qazanacaqlar.

Müraciət etmək istəyənlər (050) 255 01 96 nömrəsi və ya [email protected] ünvanı ilə əlaqə saxlaya bilərlər.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 16 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Azvision.az



Teqlər: Kapital-Bank  





Xəbər lenti