İyunun 1-nə bank sektorunun kredit qoyuluşları 14 milyard 361 milyon manat təşkil edib.
Azvision.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu göstərici ötən ayla müqayisədə 381,2 milyon manat azalıb, 2019-cu ilin eyni dövrünə nisbətən isə 1 milyard 499,6 milyon manat artıb.