"Azərbaycan" İES yeganə stansiyadır ki, həm də mazutla işləyir
Onun sözlərinə görə, İES ərazisində bu günə qədər 18 mazut çəni tikilib: "İlkin mərhələdə 6 çən, sonrakı mərhələdə 6 çən inşa edilib və ümumilikdə 12 çən mövcud idi. 2019-cu ildə İES ərazisində daha 6 çən istifadəyə verilərək ümumi çənlərin sayı 18-ə çatdırıldı. Bundan əlavə mazut təsərrüfatının yanğınsöndürmə sistemi tam yenidən quruldu. Belə ki, köpüklə avtomatik yanğınsöndürmə sistemi qurularaq istifadəyə verilib. Mazutdan ehtiyat yanacaq kimi istifadə olunur. Hazırda ehtiyatımız 245 min ton mazutdur. Əgər hər hansı səbəbdən qaz təchizatı dayanarsa və bu mazut ehtiyatı stansiyanın 1 ay müddətində tam gücü ilə işləməsinə imkan yaradır".
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Azərbaycan İES