ASC-dən
Azvision.az -a verilən məlumata görə, Azərbaycan-Rusiya Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda Səhmdar Cəmiyyətin şöbə müdirləri Əjdər Cavadov və Elxan Hüseynov və komissiyanın üzvləri Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndəsi Anar Hüseynzadə, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Asif Verdiyev və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Faiq Vəliyev iştirak ediblər.
Video-konfrans şəklində keçirilən görüşdə bir sıra məsələlər müzakirə edilib. Belə ki, iki ölkə arasında operativ su ehtiyatlarının bölgüsü və monitorinqi, Samur Hidroqovşağının texniki vəziyyətinin növbəti müayinəsi və digər məsələlərə baxılıb.
Azvision.az