“Azərkosmos”un gəliri artıb

“Azərkosmos”un gəliri artıb
  30 İyun 2020    Oxunub:2198
Bu ilin yanvar-may aylarında “Azərkosmos” ASC 19,1 milyon ABŞ dolları dəyərində xidmət (telekommunikasiya və optik xidmətlər) ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Azvision.az -a verilən məlumata görə, son 1 ildə şirkətin xidmətlərinin idxalçısı olan ölkələrin sayı isə 26 olub.

Yanvar-may ayları ərzində "Azərkosmos"un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90%-ni təşkil edib. Səhmdar cəmiyyətinin xidmətlərini əsasən ABŞ, Birləşmiş Krallıq, Fransa, BƏƏ və Malayziya idxal edib.


Azvision.az


Teqlər: Azərkosmos  





Xəbər lenti