Bu il qeyri-neft sektoru üzrə ixrac azalıb
Bu ilin yanvar-may ayları ərzində Rusiyaya 271 mln. dollar, Türkiyəyə 144,3 mln. dollar, Gürcüstana 70,5 mln. dollar, İsveçrəyə 71,5 mln. dollar və Çinə 23,6 mln. dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin ilk 5 ayı ərzində Rusiyaya qeyri-neft ixracı 3,6%, İsveçrəyə 26%, Çinə isə 40,3% artıb.
Hesabat dövründə ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor (123,1 mln. dollar) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 64,7 mln. dollar) ikinci və qabığı təmizlənmiş meşə fındığı (51 mln. dollar) üçüncü olub.
Ümumiyyətlə, 2020-ci ilin ilk 5 ayı ərzində meyvə-tərəvəz ixracı 236,5 mln. dollar, pambıq lifi ixracı 49,5 mln. dollar, alüminium və ondan hazırlanan məmulatların ixracı 31,5 mln. dollar, kimya sənayesi məhsullarının ixracı 34,4 mln. dollar, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 19,5 mln. dollar, pambıq ipliyi ixracı 9,2 mln. dollar, alkoqollu və alkoqolsuz içkilərin ixracı 5,7 mln. dollar, şəkər ixracı isə 5,9 mln. dollar təşkil edib.
Bu ilin may ayında isə qeyri-neft sektoru üzrə ixrac 172,6 mln. dollar təşkil edib ki, ötən dövrlə müqayisədə 17,8% azalıb. Bu ilin may ayında qeyri neft-qaz məhsulları ən çox mal Rusiyaya (84,8 mln. dollar), İsveçrəyə (23 mln. dollar), Türkiyəyə (22,2 mln. dollar), Gürcüstana (11,7 mln. dollar) və Çinə (5,4 mln. dollar) ixrac edilib.
Ötən ay qeyri-neft sektoru üzrə ixracda tomat (pomidor – 49,7 mln. dollar) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 21 mln. dollar) ikinci, kartof (19,9 mln. dollar) üçüncü yerdə qərarlaşıb.
Azvision.az
Teqlər: İxrac