Kimlər “exchange” işlədə bilməz? - RƏSMİ

   Kimlər “exchange” işlədə bilməz? -    RƏSMİ
  30 İyun 2020    Oxunub:3647
Bakı şəhərində özəl valyutadəyişmə məntəqələrinin fəaliyyət göstərməsinə dair mətbuatda yayılan məlumatlara aydınlıq gətirərək bildiririk ki, hazırda yalnız banklar və onların filialları, eləcə də “Azərpoçt” MMC-nin filial və şöbələri valyuta mübadiləsi fəaliyyəti hüququna malikdirlər.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında bildirilib.

Qeyd olunub ki, AMB tərəfindən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq digər hüquqi və fiziki şəxslərə valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilməyib:

“Əgər yuxarıda qeyd olunan təşkilatlardan başqa hər hansısa hüquqi və fiziki şəxs belə fəaliyyətlə məşğul olarsa bu qanunsuzdur”.

Azvision.az


Teqlər: AMB   Valyutadəyişmə  





Xəbər lenti