Neftin qiyməti bahalaşır

Neftin qiyməti bahalaşır
  02 İyul 2020    Oxunub:2132
Dünya birjalarında neftin qiyməti bahalaşıb.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,04 dollar artaraq 42,07 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,03 dollar bahalaşaraq 39,82 dollar təşkil edib.

“Azeri Light” markalı Azərbaycan neftinin bir barrelinin qiyməti 0,73 dollar artaraq 43,75 dollar olub.

Azvision.az


Teqlər: Neft   Birja  





Xəbər lenti