Nazirlikdən sərt karantinlə bağlı xəbərdarlıq
Nazirlik fəaliyyətləri zamanı Nazirlər Kabinetinin və Nazirlər Kabineti yanında Operativ Qərargahın zəruri sosial davranış və sanitar-epidemioloji tələblərinə tam riayət edilməsi, bu məqsədlə əməkdaşlar və müştərilər üçün lazımi şərait yaradılması, iş və xidmət sahələrinin qoruyucu vasitələrlə (əlcək, tibbi maska, dezinfeksiyaedici materiallar və sair) təmin olunması, obyekt daxilində müştərilər arasında 2 metrlik məsafənin qorunmasına ciddi nəzarət edilməsi, maskasız alıcıların obyektə daxil olmasına icazə verilməməsi, obyekt daxilində mütəmadi dezinfeksiya işlərinin aparılması, ticarət obyektində alıcıların sayına nəzarət olunması və zərurət yarandıqda istehlakçıların növbə ilə girişinin təmin edilməsi, müxtəlif sektorlar üzrə koronavirus infeksiyasının profilaktikasına dair təsdiq edilmiş metodiki göstərişlərin tələblərinə tam riayət olunmasının vacibliyini bir daha vurğulayır.
İstər cəmiyyət, istər sahibkarlar yaranmış yeni tələblərə uyğunlaşmalı, sanitar-karantin və sosial-davranış qaydaları əsasında işləməyə öyrənməlidir. Ticarət və xidmət obyektləri yeni qaydalara nə qədər tez vərdiş etsələr, bu onların biznesləri üçün daha vacibdir. Sahibkarların qaydalara riayət etməsi iqtisadi fəallığın bərpa olunmasında önəmlidir.
Karantin rejimi ilə əlaqədar müəyyən edilən qayda və tələblərin pozulması hallarına yol verilməməsi, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, icazə sistemindən sui-istifadə edilməməsi və işçilərin müəyyənləşdirilmiş zəruri həddən artıq sayda işə çıxarılmaması məqsədilə sahibkarlıq subyektlərinə nəzarət daha da gücləndirilib. İstehsal, ticarət və xidmət obyektlərində monitorinqlər davam etdiriləcək, müəyyən olunmuş qayda və tələblərin pozulması hallarına yol verən sahibkarlıq subyektlərinə qarşı ciddi tədbirlər görüləcək.
Azvision.az
Teqlər: Karantin Koronavirus