İlin ən kədərli günü hesablandı

İlin ən kədərli günü hesablandı
  20 Yanvar 2014    Oxunub:1581
Britaniyanın Kardiff Universitetinin psixoloqu Kliff Arnellin hesablamalarına görə, bu ilin ən kədərli günü yanvarın 20-sidir.

Psixoloq bunu müəyyənləşdirmək üçün xüsusi formul yaradıb. Həmin formula görə artıq neçənci ildir ki, yanvarın üçüncü bazar ertəsi ilin ən kədərli günü kimi müəyyənləşir.

Formul bir neçə amili nəzərə alır: hava şəraiti, insanların işləmək həvəsi, qarşıda yaxın vaxtlarda bayramların olmaması, ayın sonlarına doğru insanların pulunun azalıması və s.

Arnell özü hesablamasının elmiliyinə iddia etməsə də, maraqlıdır ki, keçirilən sorğuda insanların əksəriyyəti onun gəldiyi nəticəni təsdiqləyiblər.




Teqlər:  





Xəbər lenti