Bayram Səfərov: “Danışıqlar davam etdirilməlidir”

Bayram Səfərov: “Danışıqlar davam etdirilməlidir”
  20 Yanvar 2014    Oxunub:2032
“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların son mərhələsi o olar ki, biz Şuşada olaq. O gün hökmən olacaq”.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov deyib.

B.Səfərov bildirib ki, münaqişənin həlli istiqamətində Azərbaycan və Ermənistan rəsmiləri arasında aparılan danışıqları dəstəkləyirlər. Bu danışıqlar davam etdirilməlidir.

Onun sözlərinə görə, ancaq bununla yanaşı erməni və azərbaycanlı icması arasında da danışıqlar olmalıdır.

B.Səfərov qeyd edib ki, prezident həmişə yüksək tribunalardan bildirib ki, heç bir halda Azərbaycanın bir qarış torpağı kimsəyə verilə bilməz. İkinci erməni dövləti yaradıla bilməz:

"Azərbaycanın üçrəngli bayrağımız Şuşada, Xankəndində, işğal altında olan bütün ərazilərdə dalğalanacaq.


Teqlər:  





Xəbər lenti