Dubayda evlərin damları Günəş panelləri ilə örtüləcək
Bununla da alternativ enerjinin həvəskarları yalnız məmnun qalmayacaq, həm də pul qazana biləcəklər.
Məlumata görə, yaxın illər ərzində Dubayın hər bir sakininin öz Günəş batareyası olacaq. İnsanlar ya avadanlığı avtonom rejimdə istifadə edəcək, ya da dövlət şəbəkəsinə qoşulacaqlar.
İkinci variantda hasil edilən enerjinin hesabat sistemi fəaliyyət göstərəcək və kompensasiya ödəniləcək. Ekspertlər yaxın 6 ay ərzində bütün hazırlıq prosedurlarını başa çatdırmağı planlaşdırırlar.
"Yaşıl dam" adlanan layihənin rəsmi təqdimatı 2014-cü ilin aprelində nəzərdə tutulub.
Teqlər: