Milli.az 4 yaşında

Milli.az 4 yaşında
  01 Fevral 2014    Oxunub:3130
Bu gün Milli.Az-ın 4 yaşı tamam olur.

Portal qısa müddət ərzində Azərbaycanın ən çox oxunan internet resursları sırasına daxil olub. Bu müddət ərzində sayt böyüyüb, kifayət qədər auditoriya qazanıb və oxucularının sayını artırmağa davam edir. Milli.Az kollektivi yaxın zamanlarda istifadəçilərinə ən son dünya tendensiyalarına uyğun tamamilə yeni layihə təqdim edib.

İlk günündən səhih və dəqiq xəbərlər, baş verən hadisələrə mütəxəssis və ekspertlərin rəyləri, obyektiv informasiyalar vermək yolunu seçmiş Milli.Az-ın oxucularının sayı fasiləsiz artmaqdadır. Artıq stabil hal almış bu artım Milli.Az İnternet portalındakı kontent, informasiya və xəbərlərə olan tələbatla bağlıdır. Milli.Az İnternet portalının oxucu auditoriyasının stabil artımı həm də portal yaranandan bəri aparılan təkmilləşmə və inkişaf işlərinin məntiqi nəticəsi sayıla bilər.

AzVision.az saytın kollektivini təbrik edir, uğurlar arzulayır.


Teqlər:  





Xəbər lenti