Olimpiadada Norveç 4 medalla liderdir

Olimpiadada Norveç 4 medalla liderdir
  09 Fevral 2014    Oxunub:1522
Soçi olimpiadasının ilk günündə Norveç 4 medalla liderdir.
Rusiyanın Soçi şəhərində keçirilən XXII Qış Olimpiya Oyunlarının ilk günündə 2 qızıl, 1 gümüş və 1 bürünc qazanan Norveç ən çox medala sahib ölkə olub.

AzVision.az Trend-ə istinadən xəbər verir ki, hər birinə 3 medal düşən Kanada və Niderland ikinci, iki medalla ABŞ isə üçüncü sıradadadır.

Ev sahibi Rusiya isə hələ medal əldə edə bilməyib.

Qeyd edək ki, amerikalı snoubordçu Seyc Kotsenburq Soçi olimpiadasında ilk qızıl medal qazanan oyunçu olub.


Teqlər:





Xəbər lenti