`Xəzər-Lənkəran`- `Neftçi` oyunu insidentlə bitdi

`Xəzər-Lənkəran`- `Neftçi` oyunu insidentlə bitdi
  10 Fevral 2014    Oxunub:1557
Mahir Şükürovun "Xəzər Lənkəran"ın soyunma otağının şüşəsini sındırdığı deyilir.
Bu gün futbol üzrə Azərbaycan çempionatının XX turun oyunları çərçivəsində keçirilən "Neftçi-Xəzər-Lənkəran” oyunu gərgin mübarizə şəraitində keçib.

AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, Rəhim Həsənovun baş hakimlik etdiyi oyunda sonda narazıçılıq yaşanıb.

Hakimin "Neftçi"nin futbolçularına göstərdiyi cəza tədbirləri azarkeşlər və eləcə də "Neftçi"nin rəsmiləri tərəfindən qınanıb.

Bu barədə danışan "Neftçi"nin mətbuat katibi Gündüz Abbaszadə bildirib ki, "Xəzər-Lənkəran" sonda 2 qolu hakimin sayəsində əldə edib.

O, həmçinin oyundan narazı olan "Neftçi"nin azarkeşləri stadionda xoşagəlməz hərəkətlər ediblər xəbərinə də aydınlıq gətirib:

"Oyunda "Neftçi"nin azarkeşləri iştirak edə bilməzdi. Çünki AFFA-nın Nizam-İntizam Komitəsinin "Neftçi"nin səfərdəki oyununda azarkeşsiz oynaması ilə bağlı qərarı var, buna görə də stadionda "Neftçi" azarkeşləri olmayıb. Həmçinin, "Xəzər Lənkəran" komandası da Bakıda keçiriliəcək oyunda azarkeşsiz iştirak etməlidir. Oyunun sonunda baş verən polislə qarşıdurma da məhz lənkəranlı azarkeşlər tərəfindən olub".

Oyunun taleyi ilə bağlı danışan "Neftçi"ni baş məşqçisi də hakimin oyunda fəaliyyəti barədə narazılıq edərək "Əgər bütün ixtiyar baş hakimin əlində olsaydı, 11 oyunçunun hamısını qovardı. Rəhim Həsənov 3 xalımızı əlimizdən aldı" -deyə fikrini bildirib.

O, həmçinin Bakıdakı revanş oyununda Mustafanın komandasına 5 qol vurmasam, istefa verib gedəcəm deyib.

Qeyd edək ki, oyun "Xəzər Lənkəran"ın sonuncu dəqiqələrdə vurduğu 2 qolla bərabərliyə qalıb: 2:2.

Bu arada “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mustafa Dənizlidə APA-ya müsahibə verib. O bildirib ki, “Bu gün 2 xal itirdik, yoxsa 1 xal qazandıq, bunu deyə bilmərəm. Gərgin qarşılaşma keçdi. Bu mənim Azərbaycanda ilk “Böyük oyun”um idi. 2 qol buraxmağımızı başa düşə bilmirəm. Komandamızın oyunu haqda nə deyə bilərəm? 2 top geridə olsaq da, sonda hesabı bərabərləşdirdik. Nəticəni qənaətbəxş sayıram”.

Lənkəran Mərkəzi stadionundan alınan son məlumata görə isə, oyundan sonra hər iki komandanın soyunma otaqlarında insident baş verib.

"Neftçi"nin oyunçusu Mahir Şükürovun "Xəzər Lənkəran"ın soyunma otağının şüşəsini sındırdığı deyilir.


Teqlər:  





Xəbər lenti