Saatlıdan zəlzələ ilə bağlı açıqlama - VİDEO

Saatlıdan zəlzələ ilə bağlı açıqlama - VİDEO
  11 Fevral 2014    Oxunub:1170
"Zəlzələ baş verən anda bir çox sakinlər təşvişə düşüblər, xüsusən bu hal təhsil müəssisələrində daha aydın hiss olunub".

Zəlzələnin episentrinə ən yaxın rayonlardan birinə, Saatlıya bağlandıq. ANS-in bölgə müxbiri Rəhman Məlikov ən son məlumatları çatdırdı.

AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, Rəhman Məlikov “Təkanlar ən çox Saatlı rayonu ərazisində baş verib. Zəlzələ baş verən anda bir çox sakinlər təşvişə düşüblər. Xüsusən bu hal təhsil müəssisələrində daha aydın hiss olunub. Belə ki, bəzi məktəblərdə müəllim və şagirdlər müvəqqəti olaraq məktəb binalarını tərk ediblər. Əldə etdiyimiz ən son məlumatlara görə, yeraltı təkanlar ətraf rayonlarda hər hansı insan itkisi və dağıntılara yol açmayıb. Qeyd edim ki, zəlzələ Mərkəzi Aran rayonları ilə yanaşı ölkənin cənub rayonlarında açıq-aydın hiss olunub. Və bu rayonlarda da insan itkisi və dağıntılar yoxdur” deyib.

Qeyd edək ki, rayon möminləri zəlzələ zamanı vacib olan iki rükət ayət namazını qılıblar.




Teqlər:





Xəbər lenti