3 nazir Gəncədə açılış edəcək

3 nazir Gəncədə açılış edəcək
  19 Fevral 2014    Oxunub:1125
Bu gü Gəncədə Gürcüstanın baş konsolluğunun binasının açılış mərasimi keçiriləcək.
Bu barədə AzVision.az-a Gəncə Şəhər icra başçısının müavini Naqif Həmzəyev məlumat verib. Onun sözlərinə görə, açılış mərasimində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Gəncə şəhər icra başçısı Elmar Vəliyev, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və Gürcüstanın xarici işlər naziri Maya Pancikidze iştirak edəcək.

Eyni zamanda Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun və Gürcüstanın ölkəmizdəki səfiri Teymuraz Şaraşenidze də açılışa qatılacaq.

Dövlət rəsmilər Həsən Əliyev küçəsində yerləşən və yeni təmizdən çıxan bina ilə tanış olacaq.

Qeyd edək ki, bu gün Gəncədə Gürcüstan-Azərbaycan-Türkiyə xarici işlər nazirlərinin növbəti toplantısı keçiriləcək. Görüşdə hər üç ölkənin xarici işlər nazirləri iştirak edəcək. Toplantıda qarşılıqlı əməkdaşlığa dair bir sıra məsələlər də müzakirə olunacaq.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti