Zakir Həsənova qarşı təxribat - rəsmi AÇIQLAMA
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a daxil olan məlumatda bildirilib ki, bu xəbərlər Zakir Həsənova qarşı təxribat xarakterlidir:
-Bəzi elektron kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Fətullah Gülən və Mustafa Günay adlı şəxslər arasında aparılan telefon danışığının yayılmış audioyazısında Azərbaycan Respublikasının Müdafiə naziri barədə səsləndirilən fikirlərə münasibət olaraq bildiririk ki, Müdafiə nazirinin adı çəkilən şəxslərlə heç bir tanışlığı yoxdur, ünvanına heç bir təbrik məktubu daxil olmayıb və bunu bir təxribat kimi qiymətləndiririk.
AzVision.az