Azərbaycanda bir neçə çörək sexi bağlanıldı
Araşdırmalar zamanı müəyyən edilib ki, antisanitariya vəziyyətində işləyən müəssisələrdə çörək istehsalı müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimat və resepturalar olmadan aparılır. Bundan başqa müəssisələrin məhsul nümunələrinin sınaqlarının aparılması üçün laboratoriyasının və ya akkreditasiya olunmuş hər hansı laboratoriya ilə müqaviləsinin olmadığı, sınaqların aparılmadığı aşkar edilmişdir ki, bu da məhsulun keyfiyyətinə zəmanət verilmədiyinə sübutdur. O cümlədən, müəssisələrdə saxlanma şəraitinə əməl olunmadığı, məhsulların keyfiyyətli sabit istehsalı üçün şəraitin təmin olunmadığı müəyyən edilib.
Aşkar edilən bu və digər nöqsanlarla bağlı müəssisə rəhbərlərinə iradnamə verilib, çörəyin istehsalının və satışının qadağan edilməsi barədə tələbnamə təqdim edilib, İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndləri üzrə protokol tərtib edilib.
Teqlər: