Xomeyni təşkilatı bizə 43 milyon yardım edib
O, bildirib ki, təşkilat 1993-cü ildə müqavilə əsasında Azərbaycanda xeyriyyəçilik işi ilə məşğuldur. 20 il 4 ay müddətində müxtəlif sahələrə xidmət edib:
"Komitənin özünə görə xüsusi nizamnaməsi var. Bu nizamnamənin maddələri əsasında fəaliyyət sərgilənir. Azərbaycan müharibə vəziyyətində ailələrin şəraiti qaçqın və köçkün düşmələrində ciddi problemlər var idi. İmdad Komitəsi ilk yardım komitələrindən biridir ki, Azərbaycan torpağında öz vəzifəsini yerinə yetirmək üçün xeyriyyə təşkilatı missiyasını yerinə yetirdi. 2013-cü ildə isə yetərli fəaliyyət göstərmişik. Həm Qurban bayramında həm də iftar süfrələrinin açılmasında əməyimiz olub. Eyni zamanda müxtəlif sahələrə 45 milyon dollar yardım ayrılıb. Xüsusilə əlillərin, qaçqınların və köçkünlərin rifah halının yaxşılaşdırılması üçün , övladlarının ailə həyatı qurması üçün yardım göstərilib".
Nihadə Eyyubova