ATV-dən verilişlərin bağlanması haqda AÇIQLAMA

ATV-dən verilişlərin bağlanması haqda AÇIQLAMA
  19 Fevral 2014    Oxunub:1259
“Televiziyalarda proqram siyasətinə mövsümi olaraq iki dəfə baxılır. Bu bir sentyabrda, bir də yeni ildən sonra, fevral ayında olur. Bizdə də proqram siyasətinin yenidən tərtibatı ilə rəhbər heyət daxilində bağlı müəyyən müzakirələr aparılır”.
Bunu AzVisioon.az-a açıqlamasında ATV kanalının Xəbərlər departamentinin baş redaktoru Vaqif Aydınoğlu telekanalda bəzi verilişlərin bağlanacağı haqda saytımıza daxil olan məlumata münasibət bildirərkən deyib. V.Aydınoğlu hazırda bəzi məsələlərə baxıldığını bildirib.

ATV rəsmisi vurğulayıb ki, hələ ki, hər hansı verilişin, layihənin bağlanması ilə bağlı qəti qərar yoxdur:

“Hansısa verilişin adını çəkə bilmərik, amma müzakirələr gedir ki, nəyi necə etsək daha yaxşı olar. Bu da təbiidir. Hər mövsümdə olan şeylərdir”.

Qeyd edək ki, saytımıza daxil olan məlumata görə, “Azad Azərbaycan” telekanalında yayımlanan “ATV Olay” və “ATV Aktual” verilişlərinin yayımı dayandırılacaq.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti