20 min köçkün yenidən köçürüləcək
Azvision.az xəbər verir ki, bunu Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.
O, bildirib ki, artıq 8 rayonda qaçqın və məcburi köçkünlər üçün fərdi yaşayış evlərinin tikinti işləri davam etdirilir:
"Ötən illərdən fərqli olaraq biz bu ilin proqramına 2013-cü ilin sentiyabrından başlamışıq. Ağdamda böyük bir qəsəbə tikilir. Artıq evlərin dam örtüyü vurulub. Eyni zamanda Göygöl rayonunda da tikinti işləri uğurla davam etdirilir. Bu cür yaşayış evləri Saatlıda, Beyləqanda və Fizulidə də tikiləcək.
Nİhadə Eyyubova