Fransaya `Xocalı`bəyanatı veriləcək

Fransaya `Xocalı`bəyanatı veriləcək
  20 Fevral 2014    Oxunub:1065
Parisdə Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş anım mərasimi keçiriləcək.

Parisdəki “Azərbaycan evi” Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar fevralın 23-də anma mərasimi təşkil edəcək.

Mərasimdə “Xocalı uşaqların gözü ilə” adlı rəsm sərgisi təşkil olunacaq və iştirakçılara soyqırımı haqqında materiallar paylanacaq.

Mərasimin keçiriləcəyi “Sülh divarı” abidəsinin önünə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq güllər düzüləcək.

“Azərbaycan Evi” Fransa parlamentinə Xocalı soyqırımı ilə bağlı bəyanat təqdim edəcək.


Teqlər:





Xəbər lenti