“Bakıda iş tapa bilmədim, Tovuza getdim” – Tanınmış jurnalist

“Bakıda iş tapa bilmədim, Tovuza getdim” – Tanınmış jurnalist
  20 Fevral 2014    Oxunub:1242
“Deyilənlər doğrudur, "Türkel" telekanalında direktor müavini vəzifəsinə təyin olunmuşam”
Bu sözləri AzVision.az-a açıqlamasında Lider TV-nin Xəbərlər departamentinin keçmiş rəhbəri, həmin kanalı tərk edəndən sonra AzTV-də xəbərlər studiyasının direktor müavini işləmiş Vəli Əkbər deyib.

V.Əkbərin sözlərinə görə, Bakıda iş təklif olunmadığına görə o bu qərara gəlib:

“ Guya Bakıda işə dəvət edirdilər ki? Bir il iki ay işsiz qaldım, ona görə də gəldim bura. Başqa seçim yox idi. Bakıda başqa iş olmadığına görə "Türkel" telekanalında təklif olunan işi qəbul etdim. Gəlmişik işləməyə, hər yerdə işlədiyimiz kimi işləyəcəyik. Nə bacarırıq, onu da ortaya qoyacağıq”.

Mirvari Nəcəf


Teqlər:  





Xəbər lenti