“Gilan”da 130 min manat oğurluq

“Gilan”da 130 min manat oğurluq
  20 Fevral 2014    Oxunub:1945
Bakının Binəqədi rayonunda külli miqdarda oğurluq hadisəsi qeydə alınıb.
Binəqədi Şəhər polis idarəsindən AzVision.az-a verilən məlumata görə, fevralın 18-dən dünən saat 08 radələrinə qədər istintaqa məlum olmayan şəxs (şəxslər) rayonun Xocasən-Lökbatan yolunun 4-cü km-də yerləşən "Gilan- Plastik" Məhdud Məsuliyyətli Cəmiyyətin ofisinin küçə tərəfdən olan plastik pəncərəsini qırıb qanunsuz ofisə daxil olmaqla oradan özgəsinin əmlakı olan bir ədəd dəmir seyfın içərisindən 130.691 manat 89 qəpik və 2270 ABŞ dollarını gizli olaraq talayıblar.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Mirvari Nəcəf


Teqlər:  





Xəbər lenti