Sələfi lideri Hacıbala Abutalıbovun oğlundan danışdı
O, AzVision.az-a açıqlamasında deyib ki, İsrafil Abutalıbovun Suriyaya getməsi xəbərinin həqiqət olduğunu düşünmür: “Yalan məlumatdır. Məncə o elə insan olmaz”.
İ.Abutalıbovla şəxsən tanışlığının olub-olmadığına gəlincə isə, Hacı Qamət deyib ki, onu bir neçə dəfə məsciddə görüb: “Şəxsən tanışlığım yoxdur. Bir neçə dəfə İlahiyyat məscidində görüb salamlaşmışam. Kim olursa olsun mənim camaatla yaxından tanışlığım yoxdur”.
Hacı Qamət vurğulayıb ki, namaz qılmaq hamının borcudur: “Biz qeyri-adi bir şey deyilik, sələfilərik. Amma namaz qılmaq hamının borcudur. Onun dəqiq hansı təriqətin üzvü olduğunu bilmirəm. Amma müsəlman kimi namaz qılır, burada nə var ki?”
Fatimə Kərimli