101 dövlət əmlakı hərraca çıxarılacaq

101 dövlət əmlakı hərraca çıxarılacaq
  02 Mart 2021    Oxunub:1674
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti martın 30-da dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti dəfə hərrac təşkil edəcək.
Azvision.az nazirliyə istinadən xəbər verir ki, hərraca 101 əmlak çıxarılacaq.

Bunlardan 25-i kiçik dövlət müəssisə və obyekti, 36-sı nəqliyyat vasitəsi, 40-ı isə səhmdar cəmiyyətlərinin dövlətə məxsus səhm paketləridir.

Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə burada tanış olmaq mümkündür: https://bit.ly/3uqqNcp, https://bit.ly/3pQIfDd, https://bit.ly/3qUsxIv, https://bit.ly/2ZPNXuD

Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına (emlak.gov.az) və yaxud Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 %-i qədər beh ödəyib sifarişçi statusu ala bilərlər. Sifarişçilərin hərraclara onlayn qoşulmaq imkanı da var.

Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.


Azvision.az



Teqlər: Əmlak   Hərrac  





Xəbər lenti