Satışda olan siqaretlərin 2 faizi qaçaqmalçılıqla gətirilib

Satışda olan siqaretlərin 2 faizi qaçaqmalçılıqla gətirilib
  04 Mart 2021    Oxunub:3797
Azərbaycanda satışda olan siqaretlərin 2 faizinin qaçaqmalçılıq yolu ilə gətirilməsi ehtimalı var.
Azvision.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

Komitə sədri bildirib ki, gömrük orqanları tərəfindən aşkarlanan qaçaqmalçılıq məhsulları arasında siqaretlər çoxluq təşkil edir.

"Ehtimal oluna bilər ki, siqaretlərin 2-2,5 faizi gömrük orqanlarından gizlin keçirilsin və dövriyyədə olsun".

Azvision.az


Teqlər: Gömrük   Siqaret  





Xəbər lenti