Dünya Bankı Azərbaycana dəstək göstərəcək

   Dünya Bankı Azərbaycana dəstək göstərəcək
  06 Mart 2021    Oxunub:2928
Dünya Bankı "Azerbaijan COVID-19 Emergency Response Project" layihəsi çərçivəsində koronavirus pandemiyası ilə mübarizədə Azərbaycana dəstək göstərə bilər.
Azvision.az xəbər verir ki, bu barədə Dünya Bankı məlumat yayıb.

Qeyd olunur ki, layihənin icrası üçün Dünya Bankı tərəfindən 95 milyon dollar məbləğində maliyyələşdirmə nəzərdə tutulur və Bank layihənin detallarının razılaşdırılması məqsədilə Azərbaycan hökuməti ilə potensial əməkdaşlığa hazırdır.

Azvision.az


Teqlər: Dünya-Bankı  





Xəbər lenti