Qadınların məşğulluq imkanları artırılır

 Qadınların məşğulluq imkanları artırılır
  06 Mart 2021    Oxunub:3917
Qadınların məşğulluq imkanlarının genişləndirilməsi və əmək bazarında gender bərabərliyinin təmin olunması, milli qanunvericilikdə bununla bağlı beynəlxalq əmək standartlarına uyğun təkmilləşdirmələrin aparılması üçün yeni layihələr hazırlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Azvision.az -a verilən məlumata görə, layihələrin təqdimatı və müzakirəsi məqsədilə aidiyyəti dövlət qurumlarının, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələrinin, beynəlxalq ekspertlərin iştirakı ilə videoformatda konfrans keçirilib.

Tədbirdə qeyd edilib ki, dövlət məşğulluq siyasətinin prioritetlərindən biri də qadınların əmək bazarında iştirak və məşğulluq imkanlarının artırılmasıdır. Hazırda dünyanın bir çox ölkələrinin qanunvericiliklərində qadın əməyi qadağan olunan peşə (vəzifə) və iş yerləri yoxdur. Qadınların məşğulluq və daha yüksək əmək haqqı almaq imkanlarının artırılması məqsədilə mütəmadi islahatlar aparılır.

Ölkəmizdə də bu məqsədlə Əmək Məcəlləsinin bəzi maddələrinə dəyişiklik edilməsi, qadın əməyinin tətbiqi qadağan olunan iş yerlərinin sayının ciddi şəkildə azaldılmaqla, beynəlxalq standartlara uyğunlaşdırılması üçün qanunvericilik layihələri hazırlanıb.

Konfransda yeni layihələr təqdim olunub, müzakirələr aparılıb.

Azvision.az


Teqlər: ƏƏSMN   Qadınlar   Məşğulluq  





Xəbər lenti