Qızıl və gümüş idxalı 3 il ƏDV-dən azad edildi

Qızıl və gümüş idxalı 3 il ƏDV-dən azad edildi
  09 Mart 2021    Oxunub:2610
Qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında dəzgahların, avadanlıqların və qurğuların idxalı 2021-ci il yanvarın 1-dən 3 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilib.
Azvision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiq edilən Vergi Məcəlləsinə dəyişiklikdə qeyd olunub.

Eyni zamanda külçə, sikkə və ya qranul şəklində qızılın və gümüşün satışı da ƏDV-dən azad olunub.

Azvision.az


Teqlər: Qızıl   Gümüş   ƏDV  





Xəbər lenti