“Kapital Bank”dan kiçik və orta sahibkarlara yeni imkanlar

“Kapital Bank”dan kiçik və orta sahibkarlara yeni imkanlar
  19 Mart 2021    Oxunub:1737
“Kapital Bank” mütəmadi olaraq kiçik və orta sahibkarlar üçün sərfəli tarif paketlərini və məsafədən xidmət keyfiyyətinin artırılması üçün rəqəmsal imkanlarını inkişaf etdirir. “Kapital Bank” daha bir yeniliyə imza ataraq tarif paketlərinin sifarişini banka gəlmədən, Müştəri Bankdan həyata keçirilməsi imkanını yaradıb.
“Kapital Bank”ın tarif paketlərini əldə edən müştərilər standart tariflər ilə müqayisədə bank xərclərinə orta hesabla 55 faiz endirim almaq imkanına malikdirlər. Hazırda “Kapital Bank” öz müştərilərinə “Təməl”, “Uğur”, “İnkişaf” və “Zirvə” paketlərini təqdim edir və sahibkarlar bizneslərinin dövriyyə həcminə əsasən, özlərinə uyğun olan tarif paketlərini rahatlıqla seçim imkanına malikdirlər.

Üstəlik, hazırda davam edən kampaniya çərçivəsində aprel 30-dək qadın sahibkarlar və təsisçisi və ya direktoru qadın olan şirkətlər yeni tarif paketi olan “Zərif” paketini əldə edə bilərlər.

Eyni zamanda, Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: onlayn sahibkar hesablarının açılması, onlayn rejimdə biznes kart sifarişi və köçürmələri, əməkhaqqı layihəsinə onlayn qoşulma, əməkhaqqı kartlarına mədaxil, əməkhaqqı kartlarının sifarişi, ölkədaxili və ölkəxarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat və sair.

Tarif paketləri haqqında ətraflı məlumat və sifariş üçün “https://kbl.az/tpyks” linkinə keçid etmək olar. Müştəri Bank sisteminə qoşulmaq üçün isə “https://cb.kapitalbank.az/login” linkinə keçid etmək kifayətdir.

Azvision.az



Teqlər: Kapital-Bank  





Xəbər lenti