Qida təhlükəsizliyi ilə bağlı yeni layihəyə start verildi

Qida təhlükəsizliyi ilə bağlı yeni layihəyə start verildi
  24 Mart 2021    Oxunub:1992
Qida sistemləri hərkəs üçün kifayət edəcək qədər təhlükəsiz qida istehsal etməlidir. Bunu nəzərə alaraq BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, beş ölkədə: Azərbaycan, Qırğızıstan, Moldova Respublikası, Tacikistan və Türkiyədə qida təhlükəsizliyinə nəzarət dəstəyini gücləndirmək üçün üç illik layihəyə başlayıb. Regional və milli komponentləri əhatə edən layihə, FAO Azərbaycan və Türkiyə nümayəndələrinin iştirakı ilə 16 mart tarixində baş tutan açılış tədbiri ilə öz işinə başlayıb.
Bu barədə Azvision.az -a BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatından (FAO) bildirilib.

Layihə texniki biliklərin təmin edilməsi, müvafiq dövlət orqanları və özəl sektor tərəfdaşları arasında əməkdaşlığın təşviq edilməsi və eləcə də layihənin benefisiar ölkələrı arasında regional əməkdaşlığı inkişaf etdirilməsi ilə Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi vasitəsi ilə qida nəzarətinin gücləndirilməsi təşəbbüslərinə dəstək verməyi hədəfləyir.

“Milli qida təhlükəsizliyi sistemlərinin və regional əməkdaşlığın təkmilləşdirilməsi” adlı layihə FAO-Türkiyə Ərzaq və Kənd Təsərrüfatı Tərəfdaşlıq Proqramı (FTPP II) dəstəyi ilə Türkiyə Hökuməti tərəfindən maliyyələşdirilir.

Layihə qida təhlükəsizliyinə nəzarəti, yuxarıda sadalanan ölkələrdəki mövcud risklərə qarşı mübarizəni gücləndirməyi və prioritet olaraq qida təhlükəsizliyinə dair bütün məsələləri həll etmək üçün dövlət və özəl sektor nümayəndələri üçün əlverişli bir mühiti təmin etməyi hədəfləyir. Eyni zamanda layihəyə daxil olan ölkələrdə daha əhatəli və səmərəli qida təhlükəsizliyi sistemlərinin yaradılmasını dəstəkləyərək, dəlillərə əsaslanan qida təhlükəsizliyi nəzarətinin həyata keçirilməsinə üstünlük verəcək və aqro ərzaq ticarətinə və bazarın inteqrasiyasına dəstək göstərəcəkdir. Layihə üç il davam edəcək (1 yanvar 2021 - 31 dekabr 2023).

Layihə çərçivəsində, təsərrüfat sahəsindən süfrələrə qədər effektiv qida nəzarəti sisteminin, qida tədarükü zəncirinin bütün mərhələləri və iştirakçılarını müxtəlif faydalarla təmin edilməsi planlaşdırılır. Təhlükəli qidanın riskləri və onun sosial xərclərini tam anlayanAzərbaycan Hökuməti, istehlakçıları qorumaq və ədalətli ticarəti təmin etmək, qanunları, qida nəzarəti sistemlərini inkişaf etdirmək və tətbiq etmək məqsədi ilə 2018-ci ildə Qida Təhlükəsizliyi Agentliyini (AQTA) təsis etmişdir. Tədbir BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan üzrə nümayəndəsi Mələk Çakmak, Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi, Qida və Qida Nəzarəti üzrə Baş direktorunun müavini Yunus Bayram və AQTA sədrinin müavini Zəkiyyə Mustafayevanın açılış nitqləri ilə başladı.

Mələk Çakmak, bir neçə ölkənin iştirak etdiyi və faydalandığı bu layihənin ölkələr üçün təcrübə mübadiləsi və qarşılıqlı imkanlardan faydalanması üçün əla bir fürsət yaradacağını qeyd etdi. Zəkiyyə Mustafayeva, layihədən əldə olunacaq nəticələrin Azərbaycanda qida təchizatı ticarətinə, Azərbaycan və AQTA üçün dəstəkləyici və faydalı olacağını bildirdi. Yunus Bayram bu layihənin milli qida təhlükəsizliyi təşkilatlarının risk əsaslı yoxlamalar zamanı potensialın artırılmasına töhfə verəcəyini və riskləri effektiv idarəetmə strukturlarının inkişafında mühim rol oynayacağını vurğuladı.

Açılış nitqlərindən sonra layihənin aparıcı texniki nümayəndəsi Mary Kenny iştirakçılara layihənin əsas məqsədlərini izah etdi. Layihənin, AQTA-nın davamlı səyləri və FAO ilə uzunmüddətli əməkdaşlığı üzərində qurulduğunu vurğulandı. Planlaşdırılan fəaliyyətlərə dair bir sıra texniki təqdimatlar, daha sonra layihənin gələcək planlarına dair məlumatlar təqdim olundu. Layihə çərçivəsində baş tutan tədbir iştirakçılara qida təhlükəsizliyi sistemləri sahəsində bilik və təcrübə mübadiləsi imkanı yaradaraq Azərbaycanın bu sahədəki institusional tənzimləmələrinin gücləndirilməsində müsbət bir addım oldu.

Azvision.az


Teqlər: Qida  





Xəbər lenti