Naxçıvanda 31 milyondan çox kredit verilib

Naxçıvanda 31 milyondan çox kredit verilib
  24 Mart 2021    Oxunub:1261
Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılıb, 2021-ci ilin yanvar-fevral aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 31 milyon 8 min 200 manat məbləğində kreditlər verilib ki, bu da bir il öncəki göstəricidən 12,1 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, kreditlərin 6 milyon 850 min 600 manatı və yaxud 22,1 faizi qısamüddətli, 24 milyon 157 min 600 manatı və yaxud 77,9 faizi uzunmüddətli kreditlər olub.

Azvision.az



Teqlər: Naxçıvan   Kredit  





Xəbər lenti