Kakao məhsullarının idxalı 15%-dək artıb

Kakao məhsullarının idxalı 15%-dək artıb
  24 Mart 2021    Oxunub:1883
Bu ilin yanvar-fevral aylarında Azərbaycanın kakao və ondan hazırlanan məhsulların idxal-ixrac göstəriciləri açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin statistik məlumatında qeyd edilib.

Məlumata görə, bu ilin yanvar-fevral aylarında Azərbaycanın kakao və ondan hazırlanan məhsulların idxalı 14,9 % artaraq 13,3 milyon ABŞ dolları təşkil edib.

Hesabat dövründə kakao və ondan hazırlanan məhsulların idxalı Azərbaycanın ümumi idxalının 0.83 %-ini təşkil edib.

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın kakao və ondan hazırlanan məhsulların ixracı 12,3 % azalaraq 673 min ABŞ dolları təşkil edib.

Azvision.az


Teqlər: Kakao  





Xəbər lenti