Baş nazir Dünya Bankının regional direktoru ilə görüşüb

Baş nazir Dünya Bankının regional direktoru ilə görüşüb
  01 Aprel 2021    Oxunub:1645
Aprelin 1-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Dünya Bankının regional direktoru Sebastian Molineus ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli və məhsuldar əməkdaşlığın uğurla davam etdirilməsindən məmnunluq ifadə olunub, əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

Azvision.az



Teqlər: Baş-Nazir  





Xəbər lenti