Saatlıda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

Saatlıda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb
  03 Aprel 2021    Oxunub:2139
Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, rayonun Qıraqlı kənd sakini Gülalı Miralıyev koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.

G.Miralıyev polis əməkdaşları tərəfindən saxlanılıb. Onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar da gözlənilməklə yaşadığı evə qaytarılıb.

Azvision.az



Teqlər: DİN   Saatlı  





Xəbər lenti