Daha bir koronavirus xəstəsinə cinayət işi açılıb

Daha bir koronavirus xəstəsinə cinayət işi açılıb
  05 Aprel 2021    Oxunub:2454
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət tədbirləri zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, rayon sakini Arifə Tahirovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib və infeksiyanın yayılmasına şərait yaradıb.

Həmin şəxslə izahedici söhbətlər aparılıb, tibb işçilərinin də iştirakı ilə yaşadığı evə geri qaytarılıb.

A.Tahirova barəsində Balakən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti