Bərdədə yas keçirilməsinin qarşısı alınıb

Bərdədə yas keçirilməsinin qarşısı alınıb
  05 Aprel 2021    Oxunub:1142
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar aparılan reydlər zamanı Cumalar kəndi ərazisindəki fərdi yaşayış evində yas mərasiminin keçirildiyi aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, həmin ünvana baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu müəyyən olunub.

Ev sahibi və orada olan şəxslərlə izahedici söhbətlər aparılıb, mövcud qaydalara riayət etməyin vacibliyi bildirilib.

Polis əməkdaşları tərəfindən mərasimin təşkilatçısı barədə qanunamüvafiq tədbir görülüb.

Azvision.az


Teqlər:





Xəbər lenti