Koronavirus xəstəsi mağazada saxlanıldı

Koronavirus xəstəsi mağazada saxlanıldı
  05 Aprel 2021    Oxunub:2835
Ağdaş Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə hərəkətdə olarkən saxlanılıb
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, rayon sakini Bəxtiyar Mürsəliyev ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib.

O, şəhər ərazisində yerləşən mağazaya gəlib və digər vətəndaşların da sağlamlığı üçün real təhlükə yaradıb. Polis əməkdaşları tərəfindən həmin şəxs evinə geri qaytarılıb. B.Mürsəliyev barəsində Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.

Azvision.az



Teqlər: Ağdaş   COVID-19  





Xəbər lenti