Koronavirusa yoluxsa da mağazaya getdi
Bildirilib ki, rayonun Həsənli kənd sakini Ravi Alışova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.
Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxs Masallı şəhəri ərazisindəki ərzaq mağalarından birindən çıxarkən aşkarlanıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb. Faktla bağlı Masallı RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.
Azvision.az
Teqlər: DİN