Nazir Erkan Özoralla görüşüb

Nazir Erkan Özoralla görüşüb
  15 Aprel 2021    Oxunub:2095
Azərbaycan və Türkiyə hökumətləri arasında imzalanan Preferensial Ticarət Sazişi ikitərəfli ticarət əlaqələrinin genişlənməsinə töhfə verəcək.
İqtisadiyyat Nazirliyindən Azvision.az -a verilən məlumata görə, bunu nazir Mikayıl Cabbarov Azərbaycanda diplomatik fəaliyyətini başa çatdıran Türkiyə səfiri Erkan Özoralla görüşü zamanı deyib.

Nazir bildirib ki, Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətlərinin sayı artır, uğurlu investisiya əməkdaşlığı həyata keçirilir. Azərbaycanın qeyri-neft sektoruna investisiya yatıran ölkələr sırasında Türkiyə 1-ci yerdədir.

İqtisadiyyat naziri işğaldan azad olunan ərazilərin bərpa edilməsində, quruculuq işlərinin həyata keçirilməsində Türkiyə şirkətlərinin iştirak imkanlarının geniş olduğunu diqqətə çatdırıb.

Öz növbəsində, E. Özoral ölkələrin qarşılıqlı dostluq və qardaşlıq münasibətlərini, strateji müttəfiqliyini vurğulayıb, Azərbaycanın Vətən Müharibəsi apardığı və tarixi Zəfər qazandığı müddətdə Azərbaycanda səfir olmasından qürur duyduğunu ifadə edib, diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Azvision.az


Teqlər: Nazir  





Xəbər lenti