Dövlət xətti ilə ipoteka kreditləşməsi 79% artıb

Dövlət xətti ilə ipoteka kreditləşməsi 79% artıb
  21 Aprel 2021    Oxunub:1673
Bu ilin yanvar-mart aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 97,5 milyon manat ipoteka krediti verilib.
Azvision.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 78,9% çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə illik müqayisədə təxminən 4,2 dəfə artaraq 58,3 milyon manata çatıb.

Bundan başqa, İKZF-nin qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə cəl etdiyi vəsaitlərin məbləği 2,8 dəfə artaraq 55 milyon manat olub, Fonda dövlət büdcəsindən ayrılmış vəsait isə dəyişməyərək 17,8 milyon manat olub.

Azvision.az


Teqlər: İpoteka  





Xəbər lenti