Dövlət banklarının kredit qoyuluşunda payı artıb

Dövlət banklarının kredit qoyuluşunda payı artıb
  24 Aprel 2021    Oxunub:3353
Bu il aprelin 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 14 mlrd 728 mln manat təşkil edib.
Azvision.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, martın 1-i ilə müqayisədə 0,7% çox, ilin əvvəli ilə müqayisədə 1,4% çox, ötən ilin eyni dövrü ilə müqayisədə 5,8% azdır.

Kredit qoyuluşunun 11 mlrd 526,6 mln manatı və yaxud 79,3%-i özəl bankların payına düşüb. Bu illik müqayisədə 8,7% azdır.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 2 mlrd 825,8 mln manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 8,4% çoxdur. Hesabat dövründə dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi isə 16,7%-dən 18,3%-ə qalxıb.

Martın sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredi qoyuluşu isə 375,7 mln manat olub. Bu isə illik müqayisədə 7,2% azdır. İl ərzində BOKT-ların kredit qoyuluşundakı xüsusi çəkisi isə 2,6%-dən 2,4%-ə enib.

Azvision.az


Teqlər: Bank  





Xəbər lenti