Elektrik enerjisinin ixracı artıb

Elektrik enerjisinin ixracı artıb
  24 Aprel 2021    Oxunub:2038
Yanvar-mart aylarında ölkədən 406,2 milyon kilovat/saat elektrik enerjisi ixrac edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) Azvision.az -a bildirilib ki, ixrac edilən elektrik enerjisinin dəyəri 16,1 milyon ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin birinci rübündə Azərbaycandan 374,6 milyon kilovat/saat elektrik enerjisi ixrac olunmuş, həmin ixracın dəyəri isə 17,8 milyon dollar təşkil etmişdi.

Azvision.az


Teqlər: Elektrikenerjisi  





Xəbər lenti