Səyyar “ASAN qatar” Lənkəranda

Səyyar “ASAN qatar” Lənkəranda
  07 İyul 2021    Oxunub:1241
Səyyar “ASAN qatar” ölkəmizdə geniş dəmiryolu şəbəkəsi, mövcud infrastruktur, kommunikasiya xətləri və ən müasir texnologiyalardan istifadə edərək yerlərdə vətəndaşlara xidmət göstərir.Səyyar “ASAN qatar” gözləmə zalı, xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla 3 vaqondan ibarətdir.
Azvision.az xəbər verir ki, səyyar “ASAN qatar” iyulun 1-dən Lənkəran dəmiryol stansiyasında vətəndaşlara xidmət göstərir. Ümumilikdə Lənkəranda səyyar xidmət 19 dəfə gerçəkləşib. 16 dəfə səyyar “ASAN xidmət” avtobusları vasitəsilə 76 minə yaxın, 3 dəfə isə “ASAN qatar” vasitəsilə 14 minə yaxın vətəndaş müraciəti daxil olub.

Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur.
Səyyar “ASAN qatar”ın növbəti dayanacağı Astara rayonu olacaq.
Qeyd edək ki, 2013-cü ildən həyata keçirilən səyyar “ASAN xidmət” vasitəsilə ümumilikdə 2 milyon 400 minə yaxın, 2021-ci ildə isə 103 minə yaxın vətəndaş müraciəti daxil olub.

“ASAN xidmət” mərkəzlərinin olmadığı regionlardakı əhaliyə xidmətlərin çatdırılması və onların mərkəzlərə gəlmədən xidmətlərdən yararlanması üçün xüsusi təchiz edilən 10 xüsusi avtobus və “ASAN qatar” səyyar formada əhaliyə xidmət göstərir.

Əsas məqsəd dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.



Azvision.az



Teqlər:





Xəbər lenti