Çində mayninq tam qadağan edildi

Çində mayninq tam qadağan edildi
  15 İyul 2021    Oxunub:1595
Çin hakimiyyəti ölkə ərazisində kriptovalyuta mayninqini tam şəkildə qadağan edib. Bundan sonra ölkədə bitkoin generasiya etmək üçün mayninq fermaları işlədənlər cəzalandırılacaqlar.
Qadağan üçün formal səbəb kimi mayninqin elektrik enerjisinin qıtlığına səbəb olması göstərilir.

Buna qədər dünyada bitkoin hasil edən mayninq resurslarının 70%-i Çində cəmlənmişdi. İndi isə ölkədəki mayninq fermalarının 90%-i işini dayandırıb. Çinli maynerlərə qarşı təqiblər onların başqa ölkələrə köçməsin səbəb olur.

Maraqlıdır ki, hazırda Çin hakimiyyəti özünün rəqəmsal valyutasının üzərində işləyir.

Samir
Azvision.az


Teqlər: Mayninq  





Xəbər lenti