Ziyalılar Birliyinin sədri özünü güllələdi
Salyan Ziyalılar Birliyinin sədri özünü güllələyərək öldürüb. AzVision.az xəbər verir ki, Salyan Rayon Polis Şöbəsindən ANS PRESS-ə verilən məlumata görə bu gün günorta saatlarında Salyan Ziyalılar Birliyinin sədri Qulam Sadıqov yaşadığı evdə özünü ov tüfəngi ilə güllələyib.
Qulam Sadıqov hadisə yerindəcə keçinib. Hadisə ilə əlaqədar olaraq Salyan Rayon Prokurorluğunda cinayət işi açılıb.
Hadisənin baş vermə səbəbləri müstəntiq tərəfindən aşaradırılır.