"Premium" 5 qəpik də qalxdı

"Premium" 5 qəpik də qalxdı
  31 İyul 2021    Oxunub:1426
“Aİ-95” premium markalı benzinin Azərbaycana idxal qiymətinin artması ilə əlaqədar olaraq bu gün səhər saat 08:00 radələrindən bütün yanacaqdoldurma məntəqələrində 1,40 manata satılan benzin 1,45 manata satılmağa başlanılıb.
Azvision.az xəbər verir ki, buna səbəb bu marka benzinin istehsalçı ölkədə bahalaşmasıdır.

Qeyd edək ki, Azərbaycan “Aİ-95” premium markalı benzini əsasən Rumıniyadan idxal edir: “Digər yanacaqlar markalarının satışı köhnə qiymətlərlə davam etdirilir”.

Xatırladaq ki, sonuncu dəfə “Aİ-95” premium markalı benzinin qiyməti 15 qəpik artaraq 1,40 manat olmuşdu.

Azvision.az



Teqlər: Benzin  





Xəbər lenti