Şuşaya çəkilən 2-ci yolun tikintisi üç ilə yekunlaşacaq

   Şuşaya çəkilən 2-ci yolun tikintisi üç ilə yekunlaşacaq
  06 Avqust 2021    Oxunub:2972
Şuşa şəhərinə çəkilən 2-ci avtomobil yolu I texniki dərəcəli olmaqla M-6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 157-ci kilometrdən başlayır, uzunluğu 81,6 kilometr, 4-6 hərəkət zolaqlı olacaq.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov avqustun 6-da keçirilən 2021-ci ilin altı ayı ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş brifinqdə deyib.

O bildirib ki, yol üzərində körpü və tunellər tikilməsi nəticəsində yüksək sürət təmin ediləcək və Zəfər yolu ilə müqayisədə 20,3 kilometr qısa olacaq. Avtomobil yolunun 2024-ci ildə başa çatdırılması nəzərdə tutulur.

Aytən Zəhra
Azvision.az



Teqlər: Şuşa   Yol  





Xəbər lenti